Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov (ölümündən sonra) və M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov (ölümündən sonra) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif ediliblər.