16.12.2020

Qrant layihələr uğurla icra olunur

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olan layihələr onlayn şəkildə uğurla icra edilir.

Gəncə şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumi təhsil kateqoriyası üzrə 1, fərdi kateqoriya üzrə isə 6 layihə qalib olub.

Ümumi təhsil kateqoriyası üzrə qalib olan layihə 24 nömrəli tam orta məktəbdə “Uğur üçbucağı” adı ilə icra edilir. Həmin layihədə Gəncə şəhərindən 6 ümumtəhsil məktəbi iştirak edir.  Layihənin məqsədi ümumtəhsil məktəblərində səmərəli müəllim, şagird və valideyn əməkdaşlığı yaratmaqla buraxılış sinif şagirdlərinin imtahanlarda yüksək nəticə əldə etmələrinə nail olmaqdır.

Bundan başqa fərdi kateqoriya üzrə qalib olan 6 layihə müvafiq olaraq M.Müşfiq adına 14 nömrəli tam orta məktəb, İ.Məmmədov adına 27 nömrəli məktəb-lisey, 7 saylı tam orta məktəb, N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəb və 26 saylı məktəb-liseyin müəllimləri tərəfindən hazırlanıb və hal-hazırda icra edilir.


Açar sözlər: ,