Gəncə şəhər Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə yiyələnmələri məqsədi ilə keçirilən “Qarabağ Azərbaycandır” mövzusunda esse yazı və referat müsabiqəsi yekunlaşıb.
Esse yazı müsabiqəsinə V-IX sinif şagirdləri tərəfindən Azərbaycan dili üzrə 123 yazı nümunəsi, , ingilis dili üzrə isə VII-IX sinif şagirdləri tərəfindən 73 yazı nümunəsi göndərilib. Göndərilən yazı nümunələrindən Azərbaycan dili üzrə I yerə M.Ş.Vazeh adına 16 nömrəli məktəbin VI sinif şagirdi Şərqiyyə Əliyeva, ingilis dili üzrə isə I yerə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Nəzakət Məmmədli və fizika, riyaziyyat və informatika təmayüllü 26 nömrəli məktəb-liseyin VI sinif şagirdi Aysu Bayramova layiq görülüblər.
IX-XI sinifləri əhatə edən referat yazı müsabiqəsinə isə 28 yazı nümunəsi göndərilib ki, həmin nümunələrdən I yerə Gəncə şəhər 33 nömrəli tam orta məktəbin XI sinif şagirdi Vəfa Abbasova tərəfindən təqdim edilən yazı nümunəsi layiq görülüb.
Məlumat üçün qeyd edək ki, müsabiqə qalibləri Gəncə şəhər Təhsil İdarəsi tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif ediləcəklər.