Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 2020-ci il ərzində xüsusi nailiyyəti ilə seçilən, yüksək nəticə göstərərək ali məktəblərə daxil olan şagird və gənclərlə görüşüb.
Görüşdə fənn olimpiadası qalibləri, məktəblilərarası "Nə? Harada? Nə zaman?" və "Fibonacci" intellektual yarışlarında yüksək nəticələr əldə etmiş şagirdlər, Uşaq-Gənclər İnkişaf Mərkəzinin müvafiq incəsənət yarışlarında yer tutan üzvləri, Beynəlxalq İnformatika Olimpiadasında bürünc medala layiq görülən şagirdimiz Əziz Hüseynov, digər şagird və gənclər iştirak ediblər.