30.12.2020

Şəhid ailələri ziyarət edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, başçının birinci müavini Səməd Tomuyev, başçının müavini vəzifəsini müvəqqəti icra edən Kamran Məhərrəmov və Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Vətən müharibəsi Şəhidlərinin ailələrini ziyarət ediblər.

Görüşlərdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Zəfər tariximizin əbədiyyətə qovuşan simaları arasında Gəncə şəhər M.Müşfiq adına 14 və M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəblərinin müəllimləri də var. Onlar Rabil İsmayılov və Rəşad Məmmədovdur.

Görüşdə şəhid yaxınları övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər.


Açar sözlər: ,  ,