30.12.2020

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

Görüşdə GŞTİ-nin müdiri Anar Qədiməliyev, İdarənin əməkdaşları və məktəb direktorları iştirak ediblər.

Görüş Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Görüşdə distant dərslərin statistikası, "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Faəliyyət Planına uyğun görülən işlər, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışılıb, bəzi məktəblər hesabat ilə çıxış ediblər. İdarə rəhbəri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yen il münasibətilə təbrik edib.


Açar sözlər: ,  ,