2021-ci ilin ilk günü Vətən müharibəsindən qayıdan qəhrəmanlar ziyarət edilib.
Gəncə şəhər Təhsil İdarəsinin rəhbərliyi M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Nəsimi Xasıyevi ziyarət ediblər. GŞTİ-nin rəhbərliyi Nəsimi müəllimlə həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər. Nəsimi müəllim keçdiyi döyüş yolundan danışaraq, dövlətimizin qayğısı və xalqımızın göstərdiyi həmrəyliyin orduda ruh yüksəkliyini daha da artırdığını bildirib. Bildirək ki, N.Xasıyev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə iştirak edən şəxslər və onların ailələri hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunur.