02.01.2021

GŞTİ-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canından keçmiş Şəhidləri yad ediblər.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün mövcud pandemiya ilə əlaqədar sosial təhlükəsizlik qaydaları gözlənilməklə  Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb..


Açar sözlər: ,