08.01.2021

Gəncə Şəhər Təhsil İdarəsində vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılır

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarına əsasən, Gəncə Şəhər Təhsil İdarəsi vətəndaşların qəbulunu 31 yanvar 2021-ci il  tarixinədək dayandırır.

Bu müddətədək vətəndaşlar Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonuna zəng etməklə və ya idarənin rəsmi saytı (https://ganja.edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud idarənin elektron resurslarında (https://ganja.edu.gov.az/) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.