14.01.2021

GŞTİ-nin əməkdaşları tərəfindən distant dərslərin izlənilməsi davam etdirilir

Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları tərəfindən distant dərslərin izlənilməsi davam etdirilir.

Mövcud epidemioloji vəziyyətlə əlaqədar həyata keçirilən distant dərslərdə mövzular, Microsoft teams platforması  vasitəsilə dərslərdə iştirak edən şagirdlərin davamiyyəti, ZOOM platforması üzərində dərslərə qoşulan şagirdlərin davamiyyəti, müəllimlərin interaktiv alətlərdən istifadə etmə bacarıqları və digər məsələlər əsas istiqamət olaraq müəyyənləşdirilib.

Məlumat üçün qeyd edək ki, distant dərslər dinlənildikdən sonra bu barədə GŞTİ-nin rəhbərliyi ilə müzakirələr aparılır.


Açar sözlər: ,  ,