15.01.2021

"Qələbə dərsləri" davam etdirilir

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində "Qələbə dərsləri" davam etdirilir.  

Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirilməsi məqsədi ilə "Qələbə dərsləri" həyata keçirilir.

Tarix fənnindən V-XI siniflər üzrə keçirilən dərslərdə Azərbaycan xalqının tarixi qələbəsi, əzəli torpaqlarımızın işğaldan azad edilməsi və digər mövzular üzrə videoçarxlar nümayiş etdirilir, şagirdlər təqdimatlar ilə çıxış edirlər.  


Açar sözlər: ,  ,  ,