Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev ümumi təhsil müəssisələrində çalışan məktəb psixoloqları ilə görüş keçirib.
Görüşün keçirilməsində məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, şagirdlərlə onlayn görüşlərin təşkili, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək olub.
Görüşdə Anar Qədiməliyev şagirdlərlə psixoloji işin düzgün qurulması, psixoloqlarda məktəb mühitini düzgün təhliletmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunnması ilə bağlı bəzi məsələləri psixoloqların diqqətinə çatdırıb.