21.01.2021

“Ən yaxşı distant sinif” və “Ən yaxşı distant dərs” müsabiqəsi keçirilir

Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən “Ən yaxşı distant sinif” və “Ən yaxşı distant dərs” müsabiqəsi keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdandan ibarətdir.

“Ən yaxşı distant sinif” və “Ən yaxşı distant dərs”lərin müəyyənləşdirilməsi üçün GŞTİ tərəfindən müvafiq komissiya yaradılıb. Komissiya tərəfindən ümumtəhsil məktəbləri tərəfindən müəyyənləşdirilmiş dərsləri dinləyir, dərs prosesində fənn müəllimlərinin interaktiv alətlərdən və elektron resurslardan istifadəsi, şagirdlərin “Microsoft teams” platformasından tam qeydiyyatı, onların davamiyyəti və digər məsələlərə nəzarət edilir.


Açar sözlər: ,  ,