Gəncə Şəhər Təhsil İdarəsinin dəstəyi, Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhər ümumtəhsil məktəbləri arasında “Şanlı Tariximiz” adlı onlayn rəsm müsabiqəsi yekunlaşıb.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın bölünməz hissəsi olan Qarabağı gənc nəslə tanıtmaq, Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın füsunkar gözəlliklərini, göz oxşayan təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını inkişaf etdirmək, uşaq və gənclərə vətənpərvərlik hisslərini aşılamaq, asudə vaxtlarını səmərəli və maraqlı keçirməkdən ibarətdir.
Pandemiya şəraiti ilə əlaqədar olaraq onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə keçirilib. Ümumilikdə müsabiqənin şərtlərinə uyğun olaraq Gəncə şəhərində fəaliyyət göstərən 44 ümumtəhsil məktəbindən 30 tam orta məktəb iştirak edərək, 200-dən çox iş təqdim olunub.