01.02.2021

GŞTİ-nin rəhbərliyi tərəfindən ümumtəhsil məktəblərində tədrisin vəziyyəti izlənilib

Fevralın 1-də Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsilə start verilib. GŞTİ-nin rəhbərliyi və əməkdaşları təhsil müəssisələrində əyani tədris prosesinin gedişini izləyib.

Əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.

Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq.

Məlumat üçün qeyd edək ki, GŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 711 sinif üzrə 17 741 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 162 sinifdə 3186 şagird dərslərə cəlb edilib.


Açar sözlər: ,  ,