03.02.2021

“Nə? Harada? Nə zaman?” intellektual yarışında yüksək nəticə əldə etmiş şagirdlərlə görüş keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev “Nə? Harada? Nə zaman?” intellektual yarışında yüksək nəticə əldə etmiş şagirdlərlə görüş keçirib.

Görüşdə şagirdlər komandalar barədə məlumat verərək, keçirilən yarış haqqında fikirlərini bildiriblər. A.Qədiməliyev öz növbəsində şagirdlərə uğurlar arzulayıb, bu və digər formada keçirilən bilik yarışlarında mütəmadi iştirakın vacibliyini vurğulayıb.

Məlumat üçün bildirək ki, “Nə? Harada? Nə zaman?” intellektual yarışında Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət ümumtəhsil məktəblərindən 23 komanda iştirak edir.

VI-IX sinif şagirdlərinin iştirak etdiyi bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.


Açar sözlər: ,  ,