Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin şagirdləri üçün tədris davam etdirilir.
Vətən müharibəsi dövründə Gəncə şəhərinə atılan raket atəşi nəticəsində Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb dağılmışdır. Məktəbdə tədrisin həyata keçirilməsi mümkün olmadığı üçün həmin əraziyə yaxın məsafədə yerləşən N.Aydın adına 18 nömrəli tam orta məktəbdə tədris davam etdirirlər.
Məlumat üçün bildirək ki, tədrisin ənənəvi formada bərpası ilə K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin ibtidai siniflərində 385 şagird, məktəbəhazırlıq qruplarında isə 64 şagird ənənəvi təhsilə cəlb edilib.