Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində 43 tam orta, 1 ümumi orta, 1 xüsusi məktəb və Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. Tədrisin ənənəvi formada mərhələli şəkildə bərpası ilə ibtidai siniflərdə 17741 şagird, məktəbəhazırlıq qruplarında 3186 şagird, V-IX siniflərdə isə 20627 şagird ənənəvi tədrisə başlayıb. Tədris başlandığı müddətdə I-IX siniflərdən şəhər üzrə ümumillikdə 497 valideyn iltizam sənədi ilə müraciət edib.
Şagirdlər 2 qrupa bölünərək tədrisə cəlb olunur. Ümumtəhsil məktəbləri sanitariya gigiyena qaydalarına əməl olunması ilə bağlı ləvazimatlarla tam təchiz edilib. Bəzi məktəblərdə dərslər 2 növbəli həyata keçirilir. Növbələrarası fasilə 1 saat müəyyənləşir ki, həmin müddətdə sinif otaqları havalandırılır və dezinfeksiya edilir.