15.02.2021

“Ən yaxşı distant sinif” və “Ən yaxşı distant dərs” müsabiqəsi yekunlaşıb

Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən keçirilən “Ən yaxşı distant sinif” və “Ən yaxşı distant dərs” müsabiqəsi yekunlaşıb.

Müsabiqənin keçirilməsində məqsəd mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdandan ibarətdir.

Nəticələrə əsasən "Ən yaxşı distant sinif" nominasiyası üzrə 58 sinif, "Ən yaxşı distant dərs” nominasiyası üzrə isə 62 dərs müəyyənləşib. “Ən yaxşı distant sinif” və “Ən yaxşı distant dərs”lərin müəyyənləşdirilməsi üçün GŞTİ tərəfindən müvafiq komissiya yaradılıb. Komissiya tərəfindən ümumtəhsil məktəbləri tərəfindən müəyyənləşdirilmiş dərsləri dinləyir, dərs prosesində fənn müəllimlərinin interaktiv alətlərdən və elektron resurslardan istifadəsi, şagirdlərin “Microsoft teams” platformasından tam qeydiyyatı, onların davamiyyəti və digər məsələlərə nəzarət edilir.

 

"Ən yaxşı distant sinif"

 

"Ən yaxşı distant dərs"

 


Açar sözlər: ,  ,  ,