Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin V-IX sinif şagirdlərinin iştirakı ilə "Zərərli vərdişlər" adlı onlayn görüş keçirilib.
Görüşün keçirilməsində məqsəd dünyanı bürüyən narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərin insan orqanizminə vurduğu ziyan haqqında şagirdlərə məlumat vermək və yeniyetmələri maarifləndirmək olub.
Konfransı giriş sözü ilə açan məktəbin psixoloqu Elnurə Səmədova şagirdlərə zərərli vərdişlər və onların yaratdığı fəsadlar haqqında ətraflı məlumat verib, şagirdlərə sağlam həyat tərzi sürərək zərərli vərdişlərdən uzaq durmağa səsləyib. Uşaqlara vətənimizə, millətimizə, dövlətimizə, ailələrinə yararlı və sağlam bir insan kimi yetişməyi arzuladı. Daha sonra mövzu haqqında videoçarx nümayiş etdirilib.
Daha sonra şagirdlərin mövzu haqqında araşdırmaları dinlənilib.