15.02.2021

Vətən müharibəsində iştirak edərək "Kəlbəcərin azad olunması” medalı ilə təltif edilmiş Nəsimi Xasıyev

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi Nəsimi Xasıyev Vətən müharibəsi dövründə Murov istiqamətində olan döyüşlərdə iştirak edib.

Nəsimi müəllim 1980-ci il 29 yanvar tarixində Oğuz rayon Sincan kəndində dünyaya gəlib. Ali təhsili Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsində aldıqdan sonra doğulduğu Oğuz rayon Sincan kəndində pedaqoji fəaliyyətə başlamışdır. Daha sonra hərbi xidmətdə olub. O, 2011-ci ildə Goranboy rayon Nizami kənd tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 2012-ci ildə Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə yerdəyişmə edərək pedaqoji fəaliyyətini davam etdirmişdir. Vətən müharibəsi dövründə şəxsi igidlik və şücaət göstərdiyinə görə "Kəlbəcərin azad olunması” medalı ilə təltif edilmişdir.

Məlumat üçün qeyd edək ki, Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyi tərəfindən mütəmadi olaraq Vətən müharibəsində iştirak etmiş, təhsil işçiləri ilə görüşlər keçirilir.


Açar sözlər: ,