22.02.2021

“Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda  onlayn tədbir keçirilib

Gəncə şəhər 21 nömrəli tam orta məktəbdə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda  onlayn tədbir keçirilib. Tədbirdə məktəbin VII-IX sinif şagirdləri iştirak edib.

Görüş iştirakçıları uşaqların iştirakı ilə müzakirə olunan erkən nikah məsələsinin aktuallığını qeyd ediblər. Daha sonra uşaqlarla “Erkən nikahların əsas səbəblərinin təhlili”,  “Erkən nikahların qarşısı necə alına bilər”, “Kimin hansı rolu var?” mövzularında qrup işləri aparılıb. Şagirdlər  mövzuları qruplar üzrə işləyib öz fikir, təklif və tövsiyələrini bildiriblər.


Açar sözlər: ,  ,