22.02.2021

“Şanlı Tariximizə Qızıl hərflərlə yazılmış 44 günlük Zəfər Qələbəsi" adlı virtual dərs keçirilib

Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbdə “Şanlı Tariximizə Qızıl hərflərlə yazılmış 44 günlük Zəfər Qələbəsi" adlı virtual dərs keçirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehriban Ələkbərovanın VIII sinifdə keçirdiyi dərsdə şagirdlər mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.

Məlumat üçün qeyd edək ki, Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində mütəmadi olaraq Vətən müharibəsinə həsr edilmiş dərslər keçirilir.


Açar sözlər: ,  ,