22.02.2021

"Nizami söz dünyasının incisi" adlı onlayn konfrans keçirilib

Qüdrətli söz ustadı, dahi mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880-ci illiyi ilə əlaqədar Nizami ili elan edilib. Bununla bağlı Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Nizami söz dünyasının incisi" adlı onlayn konfrans keçirilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin Nizami Gəncəvi şöbəsinin müdiri Təranə Verdiyeva, Nizami Gəncəvi adına Tarix - diyarşünaslıq muzeyinin əməkdaşı Fidan Böyükbabalı, Gəncə Dövlət Tarix Mədəniyyət qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova, UGİM-nin direktoru, podaqoji kollektivi və dərnək üzvləri iştirak ediblər.

Konfransda Gəncə Dövlət Tarix Mədəniyyət qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova "Nizami Gəncəvi məqbərəsinin tarixi və taleyi", Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi Nizami Gəncəvi mərkəzinin şöbə müdiri Təranə Verdiyeva "Nizami Gəncəvi əsərlərində Gəncə", Nizami Gəncəvi adına Tarix - diyarşünaslıq muzeyinin elmi işçisi Fidan Böyükbabalı " Nizami Gəncəvi yaradıcılığında multikulturalizm", UGİM-in Ədəbiyyat dərnəyinin rəhbəri Hüseynova Turac  "Gənc nəslin təlim-tərbiyəsində Nizami kəlamlarının rolu", UGİM-in metodisti  Afət Ələkbərova "Nizami Gəncəvi yaradıcılığında insan haqlarının təbliği", UGİM-nin rəsm dərnəyinin rəhbəri  Elnarə Məmmədova "Nizami qəhrəmanları miniatür və xalçalarda",  UGİM-nin bədii rəhbəri Məhəbbət Ağayeva "Azərbaycan bəstəkarlarının yaradıcılığında qüdrətli söz ustadı Nizami Gəncəvi poeziyasının rolu" mövzularında geniş məlumat veriblər.

Tədbirin sonunda dərnək üzvləri N.Gəncəvinin qəzəllərini ifa ediblər.


Açar sözlər: ,  ,