24.02.2021

“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Maarifləndirici tədbirlər çərçivəsində şagirdlər müxtəlif təqdimatlarla çıxış ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,