25.02.2021

Rəsm sərgiləri təşkil edilib

Gəncə Şəhər Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı rəsm sərgiləri təşkil edilib.

Sərginlərin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilərarasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda, çəkdikləri rəsmlərdə ifadə ediblər.

Rəsmləri çəkən şagirdlər həmin gecənin dəhşətlərini, yüzlərlə insanın al qanına qəltan edilib qətlə yetirilməsini, düşmənin kimsəyə aman verməməsini uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər.    


Açar sözlər: ,  ,