25.02.2021

Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, millət vəkili Pərvin Kərimzadə, Təhsil Nazirliyinin ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin aparıcı məsləhətçisi Günay Əhmədzadə, beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Teymur Şirinov, GŞTİ-nin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və Vətən müharibəsində qəhrəmanlıq göstərmiş müəllimlər iştirak ediblər.

Onlayn tədbir Xocalı soyqırımının tanıdılması ilə bağlı 4 dildə hazırlanan videoçarx nümayiş etdirilməsi ilə başlanılıb. Daha sonra Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı ümumtəhsil məktəblərində həayata keçirilən tədbirlər barədə məlumat verib. Bundan başqa A.Qədiməliyev bildirib ki, ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib. Daha sonra millət vəkili Pərvin Kərimzadə çıxış edərək böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmağın əhəmiyyəti, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltməyin vacibliyini vurğulayıb. Tədbirdə iştirak edən digər qonaqlar da mövzu ilə bağlı çıxış ediblər.


Açar sözlər: ,  ,  ,