02.03.2021

"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə yüksək nəticə əldə etmiş şagirdlərlə görüş keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə fevral ayı ərzində ən yaxşı nəticə göstərən komandaların kapitanı, komandalar üzrə məsul şəxs və həmin məktəblərin direktorları ilə görüş keçirilib.

Məlumat üçün qeyd edək ki, fevral ayının son həftəsinin oyununda Respublika üzrə I, II,  IV yerə 32 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.

Fevral ayının ümumi nəticəsinə görə isə "Ən yaxşı regional komanda" adına 33 nömrəli tam orta məktəbin komandası layiq görülmüşdür.


Açar sözlər: ,  ,  ,