03.03.2021

Məktəb direktorları ilə onlayn görüş

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə onlayn görüş keçirilib.

Onlayn görüşdə Anar Qədiməliyev məktəb direktorlarına təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu bildirib, qarşıda duran vəzifələr barədə məlumat verib. Həmçinin respublika fənn olimpiadalarının birinci - şəhər mərhələsininin Gəncə şəhəri üzrə nəticələri müzakirə edilib.

Daha sonra məktəb direktorları çıxış edərək rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyəti və görülən işlər barədə məlumat verib, müvafiq təkliflər və onları maraqlandıran suallar səsləndiriblər.


Açar sözlər: ,  ,  ,