Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında keçirilən Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar təşkil olunan “Xocalı uşaqların gözü ilə” onlayn rəsm müsabiqəsində GŞTİ-nin tabeliyində fəaliyyət göstərən 44 ümumtəhsil məktəbindən 79 iş təqdim edilib.
İştirakçılar arasında 1 şagird I yerə, 1 şagird II yerə, 1 şagird III yerə layiq görülüb. Belə ki, I yerə 27 nömrəli fizika-riyaziyyat təmayüllü məktəb-liseyin şagirdi Mehriban Quliyeva, II yerə İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin şagirdi Amil Əmirov, III yerə isə M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdi Elvira Fərəcova layiq görülüb. 5 nəfər şagird isə fəal iştirakına görə diplomla mükafatlandırılıblar.