8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn görüş keçirilib.
Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları və məktəb direktorları iştirak edib.
Tədbirdə çıxış edən Anar Qədiməliyev xanım təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayan idarə müdiri xanımların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd edib. Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu söyləyən idarə müdiri xanımların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutmasını təqdirəlayiq hal kimi səciyyələndirib.
Onlayn görüşün digər iştirakçıları da xanımı təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.