10.03.2021

Respublika fənn olimpiadasının şəhər mərhələsində Gəncə şəhəri üzrə 386 nəfər iştirak edib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

Martın 10-da  respublika fənn olimpiadalarının yarımfinal turu keçirilir. Yarımfinal turu Gəncə şəhərində 2 mərkəzdə təşkil edilib.

Yarımfinal turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilir. İnformatika fənni üzrə yarımfinal turu isə  martın 8-də təşkil olunub.

Yarımfinal turunun nəticələrinə əsasən, finalda iştirak edəcək şagirdlər müəyyən ediləcək. Qeyd edək ki, respublika fənn olimpiadasının şəhər mərhələsində Gəncə şəhəri üzrə 386 nəfər iştirak edib.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.


Açar sözlər: ,  ,  ,