15.03.2021

“Nə? Harada? Nə zaman?” intellektual yarışının final mərhələsində Gəncə komandasının uğuru

Martın 14-də keçirilən “Nə? Harada? Nə zaman?” intellektual yarışının I Onlayn Respublika Çempionatının Final mərhələsində Gəncə şəhər 32 nömrəli tam orta məktəbin "Gəncəvi" komandası Gəncə-Qazax zonasının qalibi seçilib.

Qeyd edək ki, onlayn formatda məktəblilərarası “Nə? Harada?Nə zaman?” yarışması V-VII sinif şagirdləri arasında təşkil olunur. Növbəti oyunlarda digər bölgələrdən də şagirdlərin iştirakı təmin olunacaq.

Bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə  bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.


Açar sözlər: ,  ,