Koronavirus pandemiyası ilə əlaqədar hal-hazırda Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 12 nömrəli, 31 nömrəli, A.Ələsgər adına 36 nömrəli, 13 nömrəli, V.Veysəlov adına 30 nömrəli tam orta məktəblərdə, fizika, riyaziyyat və informatika təmayüllü 26 nömrəli məktəb-liseydə dərslər distant formada həyata keçirilir. Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq dərslərin mövcud vəziyyəti, şagirdlərin davamiyyəti və digər məsələlər barədə monitorinqlər həyata keçirilir.
Dərslərin izlənilməsində əsas məqsəd “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müzakirələrin aparılması və müvafiq təkliflərin verilməsindən ibarətdir.