12.03.2021

“Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd şagirdləri insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahın yaratdığı fəsadlar barəsində məlumatlandırmaq və sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

Maarifləndirici görüşlərdə erkən nikah zamanı tərəflərin yaş həddinin aşağı olmasının gələcəkdə bir sıra problemlərə gətirib çıxardığı, bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi halların daha çox müşahidə olunduğu barədə məlumat verilib. Bildirilib ki, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələri onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Təhsil ala bilməyən gənclər peşə və ya ixtisas qazana bilmir. Bu da onun gələcək həyatında ciddi problemlər yaradır.


Açar sözlər: ,  ,  ,