Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi Ceyhun Bağırov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.
Bu mərhələyədək o, həmin müsabiqədə 5 fərqli mövzuda olan imtahanda iştirak edərək ümumillikdə 590 bal toplayıb.
Məlumat üçün qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə zamanı 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər qəbul edilib. Yarımfinal mərhələsi üçün isə 309 nəfər namizəd uyğun nəticəni əldə edib.
İntellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla təsis olunub.
Ceyhun Bağırova fəaliyyətində uğurlar arzulayırıq.