Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb.
Hər il “eTwinning” layihəsi çərçivəsində Avropa təhsil müəssisələri arasında “eTwinning Məktəbi” müsabiqəsi keçirilir. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilir. Cari tədris ilində qiymətləndirmənin nəticəsi olaraq, bütün Avropa üzrə 2935 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb ki, bunlardan 12-i Azərbaycan məktəbidir.