Gəncə şəhər 7 nömrəli tam orta məktəbdə "Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib. Tədbirdə məktəbin VII, VIII və IX sinif şagirdləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarət olub.
Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.