12.04.2021

“Nizami Gəncəvi İli”nə həsr olunan tədbirlər keçirilir

Gəncə şəhər ümumtəhsil məktəblərində “Nizami Gəncəvi İli”nə həsr olunan tədbirlər keçirilir.

Tədbirlərin keçirilməsində əsas məqsəd Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.

Həyata keçirilən tədbirlərdə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğu bildirilir, qüdrətli söz sahibinin yaradıcılığına bütün dünyada böyük maraq olduğu vurğulanır. Bu baxımdan qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edildiyi şagirdlərin diqqətinə çatdırılır.

Tədbirlərdə dahi sənətkarın şeirləri səsləndirilir, həyat yolu barədə məlumat verilir, videoçarxlar nümayiş olunur.


Açar sözlər: ,  ,