Ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb.
Müsabiqənin şəhər mərhələsinə ümumillikdə 42 nəfər şagirdin videoyazısı təqdim edilib. Həmin videoyazılar müəyyənləşdirilmiş münsiflər heyəti tərəfindən izlənilmiş, mövzu və meyara uyğun olaraq qiymətləndirmə aparılmış 2 nəfər şagirdin hazırladığı təqdimatlar ölkə mərhələsi üçün göndərilib.
Müsabiqənin keçirilməsində məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.
Məlumat üçün qeyd edək ki, müsabiqə “Heydər Əliyev və Qarabağ” başlığı altında müəyyən olunmuş mövzular əsasında təşkil edilir. Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə video formatda təşkil edilir.