15.04.2021

Zahid Xəlillə ibtidai sinif müəllimlərinin görüşü keçirilib

Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlillə Gəncə şəhər ümumtəhsil məktəblərində çalışan ibtidai sinif müəllimlərinin görüşü keçirilib.

Görüşdə həmçinin Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və Bakı şəhər T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova da iştirak edib.

Görüş müddətində uşaq ədəbiyyatından düzgün istifadə, uşaqlarda bədii ədəbiyyata marağın artırılması və digər məsələlər barədə müzakirələr aparılıb.

Tədbirdə çıxış edən müəllimlər məktəblilərin mütaliə mədəniyyətinin formalaşdırılmasının vacib olduğunu qeyd ediblər.

Sonda Zahid Xəlil çıxış edərək maraqlı tədbirə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, müəllimlərin suallarını cavablandırıb.


Açar sözlər: ,  ,  ,