Gəncə şəhər M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə "Uşaqları zərərli informasiyalardan qoruyaq" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə informasiya ehtiyatlarından düzgün istifadə ilə bağlı məlumatlandırmaqdan ibarətdir.
Tədbirdə məktəbin VI-VII sinif şagirdləri iştirak ediblər. Mövzu ilə bağlı ətraflı məlumat verildikdən sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.