Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə böyük yazıçı və ədəbiyyatşünas alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin doğum günü qeyd edilib.
Əvvəlcə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, məktəbin direktoru və bir neçə fənn müəllimi M.C.Paşayevin məktəbin qarşısında olan büstü önünə gül dəstələri düzüblər. Daha sonra GŞTİ-nin müdiri Anar Qədiməliyev, ADA-nın nümayəndələri, məktəb rəhbərliyi məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə “Virtul məktəb” platformasında üzərində onlayn görüş keçirilib.
Görüşdə müxtəlif fənn müəllimləri M.C.Paşayevin həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər. Şagirdlər isə öz növbələrində ədibin müxtəlif məzmunlu şeirlərini ifa ediblər.
Tədbirdə çıxış edən GŞTİ-nin müdiri Anar Qədiməliyev bu görüşün vacibliyini vurğulayıb, O. bildirib ki, müəllimlərin, onların timsalında isə şagirdlərin professor, ədəbiyyatşünas M.C.Paşayev barədə belə məlumatlı olmaları bizi çox sevindirir. Təhsilli və sağlam düşüncəli gənclərin yetişməsi üçün belə tədbirlərin keçirilməsi çox zəruridir. Şagirdlərin sərbəst formada öz təşəbbüsləri ilə öz fikirlərini çatdırmaqları çox xoşdur. Tarixi şəxsiyyətlərin tanıdılması məqsədi ilə belə tədbirlər davamlı surətdə həyata keçiriləcəkdir.
Sonda yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı olan M.C.Paşayev haqqında videoçarx nümayiş etidirilib.