Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) təhsil idarəsində və müvafiq məktəblərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək. Bundan başqa vətəndaşlar “WhatsApp” nömrələri vasitəsilə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.
Məktəblərdə fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri:
1.GŞTİ-Atatürk prospekti 246, GŞTİ-nin məsləhətçisi Elvira Şükürova (+994 55) 255-63-66
2. M.Müşfiq adına 14 nömrəli tam orta məktəb- Vaqif Qəmərli küçəsi 34 (Gülüstan qəsəbəsi) (+994 51) 206-80-38;
3. N.Nərimanov adına 25 nömrəli tam orta məktəb - Dədə Qorqud küçəsi 91 (+994 55) 752-70-51;
4. 32 nömrəli tam orta məktəb-Heydər Əliyev prospekti 22 (Dəmir yol vağzalı ərazisi) (+994 51) 570-42-63;
5. N.Hüseynov adına 38 nömrəli tam orta məktəb - Təbriz küçəsi 138 ( Bağman ərazisi) (+994 51) 570-42-66.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün ərizələrin onlayn qeydiyyatı prosesinə aprelin 27-dən, Azərbaycan dilində tədris aparılan bölmə üzrə birinci siniflərə elektron sorğu yerləşdirmək prosesinə isə aprelin 29-dan etibarən başlanılacaq.
Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə müraciət etmək istəyən valideynlər aprelin 29-dan www.mektebeqebul.edu.az elektron sistemində şəxsi kabinetlərinə daxil olaraq övladlarını müsahibəyə yaza bilərlər. Müsahibədə iştirak edərək uğur qazanmış uşaqların həmin bölmə üzrə məktəb seçimi prosesinə isə iyun ayında başlanılması nəzərdə tutulur.