27.04.2021

VII sinif şagirdləri arasında təşkil olunan VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib

Aprelin 27-də fizika, kimya və biologiya fənnləri üzrə VII sinif şagirdləri arasında təşkil olunmuş VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib.

Aprelin 26-27-si tarixlərində keçirilən müsabiqənin I mərhələsində Gəncə şəhər ümumi təhsil müəssisələrindən ümumilikdə 890 nəfər şagird iştirak edib. Şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflər üzrə kontingentin formalaşdırılması da nəzərdə tutulur.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.


Açar sözlər: ,  ,