04.05.2021

"Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyev" mövzusunda tədbir keçirilib

Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin II sinfində "Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyev" mövzusunda tədbir keçirilib.

Tədbirdə şagirdlər müxtəlif təqdimatlar edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edərək, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Tədbirdə həmçinin Ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaratdığı bildirilib.

Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,