Mayın 8-də Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.
Müsabiqədə iştirak üçün Gəncə şəhər ümumtəhsil məktəblərindən V sinifdə təhsil alan 700-dək şagird iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.
İki mərhələdən ibarət olimpiadanın I mərhələsində 30 test sualının cavablandırılması üçün şagirdlərə 2 saat vaxt (120 dəqiqə) ayrılacaq.
Olimpiada saat 10:00-da başlayacaq. Şagirdlər ən gec 09:00-da müvafiq mərkəzlərdə olmalıdırlar.
Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər olimpiadanın finalında iştirak etmək hüququ qazanacaqlar. Final mərhələsinin may ayının sonunda keçirilməsi nəzərdə tutulur.
Final mərhələsinin nəticələrinə əsasən, olimpiada qalibləri mükafatlandırılacaq.