17.05.2021

Əyani tədris forması qismən bərpa edilib

17 may tarixindən etibarən ümumi və məktəbdənkənar təhsil müəssisələrində  əyani tədris forması qismən bərpa edilib.

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında 3175, I-IX siniflərində isə 38290 nəfər şagird təhsil alır. Tədrisin əyani formada qismən bərpası ilə fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməklə şagirdlər tədrisə cəlb edilir. Ümumtəhsil məktəblərində tədris və təlim-tərbiyə prosesinin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkili nəzarətdə saxlanılır. GŞTİ-nin əməkdaşları ümumtəhsil məktəblərində monitorinqlər həyata keçirirlər.

Tədrisin əyani formada qismən bərpası ilə məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 3 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) tədris həftədə 3 dəfə, xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) tədris həftədə 5 dəfə olmaqla,  məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla davam edəcək.


Açar sözlər: ,  ,