24.05.2021

Gəncə şəhər ümumtəhsil məktəblərində PIRLS 2021 beynəlxalq qiymətləndirməsi keçirilir

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 7 ümumtəhsil məktəbində PIRLS 2021 beynəlxalq qiymətləndirməsi keçirilir

Qiymətləndirmə 20 may-11 iyun tarixlərini əhatə edir. Bu mərhələdə Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrindən 95 məktəb üzrə 134 sinif və təxminən 3600 şagirdin iştirakı nəzərdə tutulub. İştirakçı siniflərdən 94-ü Azərbaycan, 40-ı isə rus bölməsidir.

Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study) - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat IV sinif şagirdlərinin oxuyub anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunur.


Açar sözlər: ,  ,  ,