31.05.2021

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib

Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib.

Məktəbin III sinif şagirdləri arasında keçirilən yarışın məqsədi şagirdlərin fənnlərə olan marağını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək, istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.

Yarışın qalibləri müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar.


Açar sözlər: ,  ,  ,